Advertisement

AÇG-dən hasil olunan neft artıq “MOL Group”un Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına çatdırılır

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasil olunan neft artıq
“MOL Group”un Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına
çatdırılır.

Trend xəbər
verir ki, bu barədə bu gün “MOL Group” şirkətinin kəşfiyyat və
hasilat üzrə baş vitse-prezidenti Adam Homonnay 29-cu Bakı Enerji
Forumu çərçivəsində “Xəzər regionunda kəşfiyyat və hasilat
imkanları” panel müzakirəsində deyib.

“AÇG Azərbaycandakı fəaliyyətimizdə əsas rol oynayır. Bu
yataqdan hasil olunan neft artıq Macarıstan və Slovakiyadakı neft
emalı zavodlarımıza çatdırılır. Qeyd etmək istərdim ki, “MOL”
şirkətinin Azərbaycanda məqsədi uzunmüddətli perspektivdə
konstruktiv və etibarlı tərəfdaş olaraq qalmaqdır”, – o deyib.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin
podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited”
şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR
(25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil
(6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp”
kanalımızdan