Bakı. Trend:
Biz AVRO-2024-ə hazırlaşırıq. Bizim proqramda iki yoldaşlıq
oyunu var idi. Bu, çox qısa hazırlıq dövrüdür.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Albaniya millisinin baş məşqçisi
Silvinyo deyib.
O, Azərbaycanla sabah keçiriləcək yoldaşlıq oyunu barəsində
fikirlərini açıqlayıb:
“Almaniyadakı yarışa 3-4 həftə vaxtımız olsaydı, başqa məsələ
idi. İndi isə yoxlama oyunları ilə birlikdə 7 günümüz qalıb.
İtaliya ilə görüşə hazırlaşırıq. Həmin matçadək necə olacağını
bilmirik. Amma Azərbaycanla qarşılaşmada az oynayanlara vaxt vermək
və mümkün qədər çox futbolçu sınamaq vacibdir. Azərbaycanla oyundan
sonra İtaliyaya qarşı necə mübarizə aparmağı təhlil etməyə
imkanımız olacaq.
Bu matçın heyəti sabah dəqiqləşəcək. AVRO-2024 üçün 26 nəfərlik
yekun heyət də sabah müəyyənləşəcək. İtaliya ilə görüş öncəsi
komandamı müdafiədə daha çox görmək istəyirəm. Bu baxımdan sabahkı
qarşılaşma çox vacibdir. İndi biz Azərbaycan kimi çox yaxşı rəqibə
qarşı matçın dəyərini bilirik. Bu komanda bizi çətin vəziyyətə sala
bilər. Bu iki yoldaşlıq görüşü bizə nəyə qadir olduğumuzu
göstərəcək”.
Qeyd edək ki, Azərbaycan – Albaniya qarşılaşması Macarıstanda
keçiriləcək.





























