
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon
prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Qalağan kəndində növbəti dəfə səyyar qəbul
keçirib.
Qəbulda Qalağan İnzibati Ərazi Dairəsinə daxil olan Hacılar,
Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri iştirak
edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə
təchizatın yaxşılaşdırılması, qaz təchizatının bərpası, eləcədə bir
neçə fərdi müraciət səsləndiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı
aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.





























