Advertisement

Şəhid Niyaz Novruzovun nəşinin qalıqları doğulduğu kənddə dəfn olunub

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Novruzov
Niyaz İlyas oğlunun meyitinin qalıqları Goranboy rayonuna
gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid
kimi dəfn olunmuşdu.

Trend xəbər verir ki, şəhidin nəşi bu gün ailəsinə təhvil
verilib və doğulduğu Veyisli kəndində vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər,
eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının
əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd
qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa
olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Novruzov Niyaz İlyas oğlu 1992-ci ildə Ağdərə
rayonunun “Qızılqaya” yüksəkliyi istiqamətində gedən döyüşlərdə
itkin düşmüş sayılırdı.

Xəbər yenilənəcək