Advertisement

Şəhriyar Məmmədyarov “Masters” turnirinə heç-heçə ilə başlayıb

Bakı. Trend:

Bu gün Daşkənddə şahmat üzrə “Masters” turniri start
götürüb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Şəhriyar Məmmədyarov ilk görüşdə heç-heçəyə imza
atıb.

10 şahmatçının iştirak etdiyi yarışın 1-ci turunda Məmmədyarov
hindistanlı Vidiş Santoş Qujarati ilə qarşılaşıb. Tərəflər yarım
xala razı olublar.

Açılış turunu qələbə ilə Aleksey Sarana və Nodirbek Abdusattorov
lider mövqeyində qərarlaşıb.

Qeyd edək ki, turnir 9 turdan ibarət olacaq.

1-ci tur
Vidiş Santoş Qujarati (Hindistan) – Şəhriyar Məmmədyarov –
0,5:0,5
Aleksandr Qrişuk (FİDE) – Aleksey Sarana (Serbiya) – 0:1
Rixard Rapport (Macarıstan) – Nodirbek Yakubboyev (Özbəkistan) –
0,5:0,5
Yu Yanqyi (Çin) – Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5
Nodirbek Abdusattorov (Özbəkistan) – Parham Maqsudlu (İran) –
1:0