
Bakı. Trend:
Rusiyada prezident seçkilərində səslərin 99,70 faizi
hesablanıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası
məlumat yayıb.
Son məlumata görə, ölkənin fəaliyyətdə olan prezidenti Vladimir
Putin 87,31 faiz səslə irəlidədir. Digər namizədlər – Nikolay
Xaritonov 4,30 faiz, Vladislav Davankov 3,83 faiz, Leonid Slutski
3,21 faiz səs toplayıblar.
Ölkə üzrə seçki fəallığı 74,22 faiz olub, elektron səsvermədə
seçicilərin 94 faizi iştirak edib. Seçki prosesinə maneə
yaradılması ilə bağlı 61 cinayət işi, 155 inzibati iş açılıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə xaricində
372 mindən çox vətəndaşın səs verdiyini bildirib.





























