Advertisement

Milli komandamızın rəqibləri müəyyənləşib – Trend.Az

Bakı. Trend:

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli
komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I
mərhələsindəki rəqibləri müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində
millimiz B Liqasının 5-ci qrupunda Serbiya və Lüksemburqa rəqib
olub.

İyulun 1-dən dekabrın 3-dək təşkil olunacaq oyunlardan sonra
qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə
əldə edəcəklər.