Bişkek. Trend:
Qırğızıstan Azərbaycana yeni səfir təyin edib.
Trend bu
barədə Qırğız Respublikasının prezidentinin mətbuat xidmətinə
istinadən xəbər verir.
“Qırğız Respublikasının prezidenti Sadır Japarovun imzaladığı
fərmana əsasən, Mamıtkanov Maksat Suyunaliyeviç Qırğız
Respublikasının Azərbaycan Respublikasında fövqəladə və
səlahiyyətli səfiri təyin olunub”, – məlumatda deyilir.
Sadır Japarovun digər fərmanı ilə Qırğızıstanın Azərbaycandakı
keçmiş səfiri Kayrat Osmonaliyev tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Qırğızıstanla Azərbaycan arasında diplomatik
əlaqələr 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli
müqavilə-hüquqi bazasının əsas sənədi 1997-ci il aprelin 23-də
Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında saziş təşkil
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























