Bakı. Trend:
5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi
siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətindən bildirilib.
Məlumata görə, Xidmət tərəfindən iş yerlərinin
rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və
şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən
tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı
2019-cu ilin əvvəli ilə müqayisədə 452.692 vahid artıb və 2024-cü
il iyun ayının 1-nə 1.854.607 olub.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410.704
vahid artaraq 950.626 təşkil edib.



























