Advertisement

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb

Bakı. Trend:

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə
görüşüb.

Trend xəbər verir ki, görüşdə TÜRKPA-nın Bakıda keçirilən 13-cü
plenar iclasının əhəmiyyəti vurğulandı.

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına
söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində
Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd edilib.

Görüşdə Azərbaycan Respublikası ilə Şimali Kipr Türk
Cümhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri
müzakirə olunub.