Bakı. Trend:
Almaniya iyunun 14-də başlayacaq Avropa Çempionatı ərəfəsində
sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir.
Trend xəbər
verir ki, bu barədə xarici KİV Almaniyanın daxili işlər naziri
Nensi Fezerə istinadən məlumat yayıb.
Nazir konkret təhdid əlamətlərinin olmadığını, lakin Almaniyanın
futbol turnirinin təhlükəsiz keçirilməsi üçün mümkün bütün
tədbirləri gördüyünü bildirib.
Məlumata görə, 2,7 milyon futbol azarkeşinin Avropa Çempionatını
stadionlarda, 12 milyon nəfərin isə açıq havada – fan-zonalarında
izləyəcəyi gözlənilir.
Qeyd edək ki, futbol üzrə Avropa Çempionatı 14 iyun Münhen
şəhərində başlayacaq, 14 iyul tarixində isə Berlində başa
çatacaq.





























