Advertisement

Gəncədə kişi həmyerlisini güllələdi – Trend.Az

Bakı. Trend:

Gəncədə güllələnmə olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan
Trend-ə verilən məlumata görə, iyunun 7-də saat 17:45-də Gəncə
şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından
açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil
olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni
törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon
sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.