
Bakı. Trend:
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, II Liqa pley-off matçında baş verənlər
müzakirə olunub.
“Hypers” – “Şəfa” cavab oyununun 90+4-cü dəqiqəsində “Hypers”
komandasının 16 nömrəli futbolçusu Sirac Məmmədli təcavüzkar
davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.
Görüşün 90+5-ci dəqiqəsində “Şəfa”nın 23 nömrəli futbolçusu Nicat
Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı
üçün 4 oyun cəzalanıb, onun komandası isə 300 manat cərimə
edilib.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə, “Hypers” II Liqada
oynamaq hüququ əldə edib.





























