Advertisement

Gəncədə qətllə bağlı cinayət işi başlanılıb

Bakı. Trend:

İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə
sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu
xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər
prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan Trend-ə bildirilib ki,
araşırmalarla 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında
yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar
Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən
xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb,
H.Mamedov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.