Bakı. Trend:
İyunun 7-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən
bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində
axtarılan 99 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt
müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.





























