Advertisement

Azərbaycan Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edir – Misir Prezidenti

Qahirə. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim
danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə
möhkəmləndirilməsinə xidmət edir.

Trend xəbər verir ki, bu
sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti
İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq
məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat,
nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün
əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında
birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin
önəmini qeyd etdik”, – deyə Əbdülfəttah əs-Sisi söyləyib.