Advertisement

Gənclər Olimpiya Festivallarının ev sahibləri dəqiqləşib

Bakı. Trend:

Avropa Olimpiya Komitəsinin (EOK) Baş Assambleyası növbəti illər
üçün multiidman tədbirlərinin paytaxtlarını təsdiqləyib.

Trend İdman.biz
istinadən xəbər verir ki, 2027-ci il Avropa Oyunlarının keçirilməsi
təsdiqlənməklə yanaşı, Avropa Gənclər Olimpiya Festivallarının
(EYOF) yerinə də məsələsinə də aydınlıq gətirilib.

Bu yarışlar 2027-ci ildə Braşov (Rumıniya) və Linyano Sabbiadoro
(İtaliya) şəhərlərində keçiriləcək.
Bakurianidə (Gürcüstan) və Skopyedə (Şimali Makedoniya) keçiriləcək
EYOF-2025 haqqında da təqdimatlar olub.

Frankfurt qurumun 2025-ci il Baş Assambleyasının keçiriləcəyi
yer kimi təsdiqlənib.