Advertisement

Bəzi bölgələrdə şimşək çaxır, arabir leysan yağır – Faktiki hava

Bakı. Trend:

İyunun 8-də saat 17:00-a olan məlumata əsasən, Tovuz, Göygöl,
Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ,
Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar,
Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış
yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, Qrız, Şahdağda duman müşahidə
olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32°,
Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 34°, dağlıq
rayonlarda 17°-dək isti olub.