Advertisement

Paraüzgüçümüz gümüş medal qazanıb – Trend.Az

Bakı. Trend:

Fransanın Limoj şəhərində təşkil edilən Dünya Paraüzgüçülük
Seriyasının ikinci günü Azərbaycan yığması üçün uğurlu olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, paraüzgüçümüz Əli
Vəliyev gümüş medal qazanıb.

O, 50 metr məsafəyə sərbəst üsulla üzmədə 28.72 saniyəlik nəticə
göstərib.