Bakı. Trend:
Yəmənin husi üsyançıları Qırmızı dənizdə Britaniya Hərbi Dəniz
Qüvvələrinin “HMS Diamond” esminesinə ballistik raketlər atıb.
Trend-in
məlumatına görə, bu barədə husilərin bəyanatında bildirilib.
Onların sözlərinə görə, zərbə “dəqiq” olub, lakin onlar gəminin
zədələnib-zədələnmədiyini dəqiqləşdirməyiblər.
Bundan əlavə, husilər iki ticarət gəmisinə – Ərəbistan dənizində
olan “Tavvishi” konteyner gəmisinə, eləcə də müxtəlif növ yüklər
daşıyan, Antiqua və Barbuda bayrağı altında üzən “Norderney”
gəmisinə hücum etdiklərini bildiriblər.





























