Advertisement

Bakıda iki yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq öldü

Bakı. Trend:

Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.

Trend xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd
Yaqubov küçəsində qeydə alınıb.

Belə ki, 2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin
6-cı mərtəbəsində yıxılaraq “Kia” markalı avtomobilin üzərinə
düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.