Advertisement

Bakıda bir nəfər dənizdə batıb

Bakı. Trend:

Bakıda bir nəfər dənizdə batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar
Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış
massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə
məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfər
batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.