
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament
nümayəndə heyəti iyunun 9-da Belarus Respublikasının Minsk şəhərinə
rəsmi səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən xəbərə görə, Minsk Milli Hava Limanında Milli
Məclisin sədrini Belarus parlamenti Respublika Şurasının sədri
Natalya Koçanova, Beynəlxalq münasibətlər və milli təhlükəsizlik
daimi komissiyasının sədri Sergey Sivets, Azərbaycanın Belarusdakı
səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri
nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan parlamentinin
Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Ziyad Səmədzadə, deputatlar Ağalar Vəliyev, Arzu Nağıyev və digər
rəsmi şəxslər daxildirlər.





























