
Bakı. Trend:
Baş nazir Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə
telefonla danışıb.
Trend xəbər
verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti
məlumat yayıb.
Məlumata görə, baş nazirlər Azərbaycan və Rusiya arasında
iqtisadi əməkdaşlığı müzakirə ediblər
“Hökumət başçıları ticari-iqtisadi əməkdaşlığın aktual
məsələlərini müzakirə ediblər. Müxtəlif sahələrdə qarşılıqlı maraq
kəsb edən birgə böyük layihələrin icrasına xüsusi diqqət
yetirilib”, – məlumatda deyilir.





























