Bakı. Trend:
Ermənistan hakimiyyəti müxalifətin etirz aksiyaları fonunda
növbədənkənar parlament seçkiləri keçirməyəcək.
Trend xəbər
verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan
jurnalistlərə deyib.
“Biz bu məsələni müzakirə etməmişik və etməyə hazırlaşmırıq”, –
o deyib.
Simonyan bu məsələnin parlamentin gündəliyinə daxil
edilməyəcəyini bildirib və bunu absurd adlandırıb.
Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd
dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə
kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane
olmağa çalışırlar.
Etirazlara rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş
Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan)
bildirib ki, etirazçılar Ermənistanda hakimiyyət dəyişikliyinə
səbəb olan mümkün bütün variantları, o cümlədən parlamentin
müxalifət fraksiyasının mandatlarından imtinasını müzakirə
edir.





























