Advertisement

Tehranda təkərqayırma zavodunda yanğın: xəsarət alanlar var

Bakı. Trend:

Bu gün günorta saatlarında İranın Tehran vilayətində
təkərqayırma zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran vilayəti Təcili
Yardım İdarəsinin direktoru Məhəmməd İsmayıl Təvəkkoli deyib.

Onun sözlərinə görə, baş verən yanğın nəticəsində 50 nəfər
müxtəlif dərəcəli yanğın xəsarəti alıb. Yaralılardan 32 nəfəri
xəstəxanalara köçürülüb.

İdarə rəsmisi qeyd edib ki, yanğının əhatə dairəsi geniş
olduğuna görə, hadisə yerinə 10 təcili yardım maşını, 2 təcili
yardım avtobusu ezam olunub.