Advertisement

“Volvo” 72 min elektrik avtomobilini geri çağırır

Bakı. Trend:

İsveçin “Volvo” avtomobil konserni dünyada 72 min yeni EX30
elektrik avtomobilini geri çağırır.

Trend xəbər verir ki, səbəb bu model avtomobillərin mərkəzi
ekranının ehtimal edilən nasazlığıdır, buna görə də sürətölçən
göstərilmir.

Bu modeldə sürətölçən sükan arxasında deyil, sürücünün sağındakı
böyük ekranda yerləşir və avtomobil işə salındıqda test rejiminə
keçə bilər. Test rejimində sürət göstərilmir və nasazlığı aradan
qaldırmaq üçün proqram təminatının yeniləməsi tələb olunur.

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Magnus Holstun
sözlərinə görə, təkcə İsveçdə 5 minə yaxın elektrik avtomobili
uzaqdan həyata keçirilə bilən proqram təminatının yeniləməsini
tələb edir.

Volvo EX30 satışları bu ilin yanvar ayında başlayıb. Bu günə
qədər 35 min avtomobil satılıb.