
Bakı. Trend:
Ağdamda narkokuryer saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini
Faiq Hüseynov saxlanılıb. Onun idarəsində olan avtomobildən və Bakı
şəhərində yaşadığı evdən külli miqdarda metamfetamin, heroin,
marixuana və metodon həbləri aşkar edilib. Eyni zamanda onun
narkotik vasitəni satdığı rayon sakini Ələmdar İsmayılov da
saxlanılıb. Ondan da külli miqdarda metamfetamin götürülüb.
Araşdırma zamanı F.Hüseynov həmin narkotikləri sosial şəbəkədə
tanıdığı “Samirə” və “Rza” adlı İran sakinləri vasitəsi ilə əldə
etdiyini və onların dediyi ərazilərə çatdıraraq narkokuryerliyə
cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

























