
Bakı. Trend:
Məlum olduğu kimi, Fransa təhlükəsizlik qüvvələri Yeni
Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına
zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin
öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib.
Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb,
qanunsuz olaraq elan edilmiş komendant saatı hələ də davam edir.
Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya
ictimaiyyətindən gizlətmək məqsədilə adanın sahibi olan kanakların
fundamental hüquqları kobud şəkildə pozularaq, ifadə və fikir
azadlıqları məhdudlaşdırılıb.
Trend xəbər verir ki, informasiya blokadasını yarmaq və adada
baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs
Qrupu hibrid mətbuat konfransı təşkil edir.
Belə ki, 13 iyun tarixində Afrikanın müxtəlif ölkələrindən bir
qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları,
eləcə də, Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə
“Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada
kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və
mətbuat konfransı keçirəcəklər.
Konfransın məqsədi Yeni Kaledoniya, o cümlədən, Fransanın digər
müstəmləkələrində geniş vüsət alan insan hüquqlarının pozulmasına
dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən
müstəmləkəçiliyin yeni mərhələsi – neokolonializmlə mübarizə
istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın
qurulmasının müzakirə edilməsidir. Yeni Kaledoniyadan yerli
rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar.
Konfransda 20-dən çox xarici media nümayəndəsinin iştirakı
gözlənilir. Konfrans hibrid formada təşkil olunur.
Konfrans 13 iyun tarixində, Bakı vaxtı ilə saat 16:00-da baş
tutacaq.
Qeydiyyat üçün link:





























