Advertisement

Azərbaycanda neft emalı artıb – Trend.Az

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 2,7 milyon tona
yaxın neft emal edilib, bu da illik müqayisədə 8% çoxdur.

Trend bu barədə Energetika
Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında Azərbaycanda 2,5
mln. ton neft emal olunub. Ötən il Azərbaycanda 6,5 mln. tona yaxın
neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod
respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda
NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.