Bakı. Trend:
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Edvard
Asryan və Fransanın quru qoşunları komandanı Pyer Şill arasında
görüş keçirilib.
Trend xəbər
verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, görüş Almaniyada, Avropa ölkələrinin quru
qoşunları komandanlarının konfransı çərçivəsində baş tutub.
Tərəflər əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi barədə
razılığa gəliblər.





























