Advertisement

Təhsil sənədləri “myGov” portalına inteqrasiya olunur

Bakı. Trend:

my.gov.az portalına təhsil məlumatları da inteqrasiya
olunur.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə, vətəndaşlar
təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu
oynayan bu portaldan asanlıqla və daha sürətli şəkildə əldə edə
bilərlər.

Qeyd edək ki, my.gov.az portalında vətəndaşların bütün şəxsi
məlumatları əks olunur.

Bildirilib ki, yaxın günlərdə vətəndaş müraciətləri üçün “Təhsil
məlumatlarım” bölməsində müvafiq kateqoriyalar üzrə “Müraciət et”
hissəsi aktivləşdiriləcək.