Bakı. Trend:
Azərbaycan cüdo yığması Avropa kubokunda iştirak edəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının
mətbuat xidməti açıqlayıb.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq böyüklər
arasında qitə kuboku Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək.
İyunun 15-16-da təşkil olunacaq turnirdə 31 ölkədən 356 idmançı
iştirak edəcək.
Kişi cüdoçulardan ibarət Azərbaycan millisi yarışda 14 idmançı
ilə təmsil olunacaq. Yığmanın böyük məşqçisi Slavko Tediçin
rəhbərlik edəcəyi heyətdə Rövşən Əliyev, Kənan Hüseynov, Kənan
İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev (hər ikisi
66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran
Süleymanov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim
Ağakişiyev (90 kq), Ruslan Nəsirli (100 kq), Camal Feyziyev, İmran
Yusifov (hər ikisi +100 kq) yer alıblar.





























