Advertisement

Türkiyə prezidenti 18 ildən sonra CHP-nin Baş qərargahına gedib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 18 ildən sonra
Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Ərdoğanla CHP sədri Özgür Özel arasında görüş
keçirilir.

Görüşdə Ərdoğanın Türkiyənin yeni konstitusiyanın qəbulu
məsələsinə toxunacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu
yaxınlarda ölkənin mövcud konstitusiyasını əvəz etmək üçün yeni
konstitusiyasının hazırlanmasının və qəbul edilməsinin zəruri
olduğunu bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun