Bakı. Trend:
Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərindən Ukraynaya
1,5 milyard avroluq yardım paketi ayıracaq.
Trend Ukrayna
KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının
prezidenti Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, yardımın 10 faizi yenidənqurma və bərpa
işlərinə, böyük hissəsi isə Ukraynanın müdafiəsinə
yönəldiləcək.
Bundan başqa, Ukrayna maliyyə yardımının 1,9 milyard avrosunu
“Ukraine Facility” proqramı çərçivəsində alacaq.
Avropa Komissiyasının prezidenti bildirib ki, G7 ölkələrinin
gələn həftə keçiriləcək sammitində Ukraynanın dondurulmuş Rusiya
aktivlərindən daha sürətlə necə faydalana biləcəyi müzakirə
olunacaq.





























