Bakı. Trend:
Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda keçirilən
beynəlxalq turnirində uğurla çıxış ediblər.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Azərbaycan komandası “Open Georgia”da 13 medal
qazanıb.
Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə
aparıb. Təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla
başa vurublar.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Vüqar Kərimov
ədaləti quruyub.





























