Advertisement

Millimizin Macarıstan qazancı – Trend.Az

Bakı. Trend:

Azərbaycan millisinin Macarıstanda keçirilən yoldaşlıq
oyunlarındakı qazancı bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, Albaniya və Qazaxıstanla görüşlər
komandamızın FİFA reytinqinə 2,1 xal gətirib.

İlk matçdakı məğlubiyyət 3,2 xal itkisi ilə nəticələnib. Son
oyundakı qələbə isə 5,3 xallıq qazancla yekunlaşıb.

Son cədvəldə 1177,83 xalla 112-ci olan Arif Əsədovun yetirmələri
aktivini 2,1 xal artırıb.

7 iyun
Azərbaycan – Albaniya – 1:3
Məğlubiyyət: -3,2

11 iyun
Azərbaycan – Qazaxıstan – 3:2
Qələbə: 5,3

Qeyd edək ki, FİFA reytinq siyahısını iyunun 20-də
açıqlayacaq.