Advertisement

KPMG Azərbaycan şirkəti “Baku Analytical Route Summit” beynəlxalq sammitini keçirib (FOTO)

Bakı. Trend:

10 iyun 2024-cü il tarixində Four Seasons Hotel Baku otelində
KPMG Qafqaz və Mərkəzi Asiya və KPMG Türkiyə şirkətinin
təşkilatçılığı ilə “Baku Analytical Route Summit” beynəlxalq
sammiti keçirilib.

Sammiti KPMG Türkiyə şirkətinin Partnyoru və Konsaltinq
Departamentinin rəhbəri Alper Karacar və KPMG Azərbaycan şirkətində
Konsaltinq praktikasının rəhbəri Rauf Atakişiyev giriş sözü ilə
açıb.

KPMG-nin nümayəndələri, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan
və Azərbaycanın Akbank, Yapi Kredi, Ziraat bank, Ford Otosan,
Kcell, Magnum Cash&Carry, TBC Group Uzbekistan, Pasha Holding,
Kapital Bank, ABB, Pasha Bank, Azerconnect Group, Azercell böyük
şirkətlərinin rəhbərləri məlumatların analitikası və
proqnozlaşdırılması sahəsində süni intellektin, generativ süni
intellektin (GenAI) və digər innovativ yanaşmaların tətbiqi ilə
bağlı praktiki təcrübələrini və uğurlu nümunələrini bölüşüblər.

Sammit altı təqdimatdan və pərakəndə satış, telekommunikasiya və
maliyyə sektorlarını əhatə edən üç panel sessiyasından ibarət
olub.

“Rəqəmsal güc: Məlumatlara əsaslanan dayanıqlı şirkətlər” adlı
ilk sessiya KPMG Türkiyə şirkətində İnnovasiya və Texnologiyalar
üzrə Konsaltinq Departamentinin rəhbəri Gökhan Mataracının
moderatorluğu ilə keçirilib.

“Süni intellekt əsaslı məlumatlara fokuslanmış təşkilatların
fəaliyyətində düzgün kursun müəyyənləşdirilməsi” adlı ikinci
sessiyanın moderatoru isə KPMG Azərbaycan şirkətində Texnologiyalar
üzrə konsaltinq xidmətlərinin direktoru Anuar Nuraxmetov olub.

“Qərarların qəbulu və müştərilər üçün dəyərin yaradılması” adlı
üçüncü sessiya KPMG Qafqaz və Mərkəzi Asiyada Texnologiyalar üzrə
konsaltinq xidmətlərinin rəhbəri, Partnyor Konstantin Auşevin
moderatorluğu ilə keçirilib.

Tədbir zamanı natiqlər süni intellekt tendensiyaları, rəqəmsal
potensial və məlumatlara əsaslanan dayanıqlı şirkətlər;
tənzimləyici çərçivələr və məlumatların qorunması aspektləri;
satışın proqnozlaşdırılmasında neyron şəbəkələrin effektivliyi,
məlumat mühəndisliyi və davamlı monitorinq analitikası və s.
mövzular ətrafında çıxışlar ediblər.

150 qonağın iştirak etdiyi tədbir aktiv sual-cavab sessiyası ilə
yekunlaşıb və bu da sammitin analitika, innovasiya və
kibertəhlükəsizlik sahəsində əhəmiyyəti və aktuallığını bir daha
vurğulayıb.