Advertisement

Axtarışda olan 90 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

İyunun 11-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən
bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 90, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.