
Bakı. Trend:
Orta Dəhlizin səmərəliliyini optimallaşdırmaq üçün onun konkret
çatışmazlıqlarına fokuslanmaq lazımdır.
Trend “Xəzər
Siyasət Mərkəzi”nə (Caspian Policy Center) istinadən xəbər verir
ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri,
“Xəzər Siyasət Mərkəzi”nin İdarə Heyətinin üzvü Ceyms Şarp Londonda
keçirilən Xəzər regionunda bağlantılar üzrə 2-ci konfransda
çıxışında deyib.
“Orta Dəhliz vasitəsilə tranzit müddətini azaltmaq
istəyirsinizsə, Xəzər limanlarına, çatışmazlıqlara fokuslanmaqla,
liman infrastrukturu kimi birləşdirici elementləri, eləcə də,
gömrük qaydalarını gözdən keçirməlisiniz”, – deyə o vurğulayıb.
Şarp hazırkı yanaşmanın təkcə Orta Dəhlizlə əlaqəli çağırışlara
aid olmadığını qeyd edib.
“Söhbət imkanlardan gedir. Burada məhz onlardan danışırıq. Onlar
ölkələrin öz aralarında bağlantı yaratmasına, yaxud xarici dünya
ilə əlaqə saxlamalarına kömək etmək üçün üçün regional bağlantıları
müstəqil şəkildə təşviq etməsi üçün böyük faydalar təmin edir”, –
deyə o əlavə edib
Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə
dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,
Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.
Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və
Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks
istiqamətdə yük axınının artmasına səbəb olur.
Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta
hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biridir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























