
Yevlax. Trend:
Yevlaxda bank kartından pul oğurlayan şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə vətəndaşa məxsus kart
hesabından 905 manat pulun oğurlanması barədə məlumat daxil
olub.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən Şahmar Nərimanov saxlanılaraq
istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.





























