Advertisement

Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib

Bakı. Trend:

2024-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı 1749,7 min nəfər olub, onlardan 897 min
nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Trende xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin
yaydığı məlumatda deyilir.

Bildirilib ki, muzdla işləyənlərin 19 faizi təhsil, 18,7 faizi
ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4
faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi
tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və
texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə
iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta
fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə,
eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq
nominal əməkhaqqı daha yüksək olub.