“Qarabağ”, həqiqətən də, Kadi ilə bağlı “Krasnodar”a təklif
göndərib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Kadi
Borqesin agenti Helsio Alisk deyib.
O, Rusiya mətbuatına açıqlamasında braziliyalı yarımmüdafiəçinin
“Krasnodar”dakı taleyi və Azərbaycana qayıtmaq ehtimalından
danışıb: “Amma bu barədə başqa heç nə deyə bilmərəm. “Krasnodar”ın
verəcəyi qərarı gözləyirik”.
Qeyd edək ki, Kadi cari mövsümün 33 matçında 4 qol vurub. Onun
müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.





























