
Azərbaycan və İran eyni vaxtda taktiki təlimlər
keçirəcək. Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir: “2024-cü
ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan
Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan
bölmələri ilə taktiki təlim keçiriləcək”.
Eyni zamanda, ABŞ dövlət katibinin Avropa və Avrsçiya məsələləri
üzrə müavini Ceyms O-Brayen İrəvanda rəsmi səfərdə olub. O,
Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilə görüşüb. Görüşdə
ABŞ-Ermənistan əlaqələri, Bakı və İrəvan arasında aparılan
danışıqlar, həmin danışıqlar çərçivəsində Vaşinqton-İrəvan
təmasları və s. müzakirə olunub.
O-Brayenin səfəri rəsmi olaraq ABŞ və Ermənistan arasında
strateji dialoqla bağlı toplantıda iştirak məqsədi daşıyırdı.
İclas başlayan kimi O-Brayen aprelin 5-də Brüsseldə ABŞ-nin
dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula
fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında
keçirilmiş görüşdə əldə edilmiş razılaşmalara Vaşinqtonun sadiq
qaldığını vurğulayıb.
“Ölkələrimiz gömrük sahəsində informasiya mübadiləsi ilə bağlı
anlaşma imzalayacaqlar, ticarət və biznes sahəsində
tərəfdaşlığımızı yaxın illərdə asanlaşdıracağıq. Bu, Brüsseldə
müzakirə edilmiş vədlərin bir hissəsidir”, – O-Brayen söyləyib.
Ararat Mirzoyanla görüşdə isə O-Brayen bəyan edib ki, ABŞ
Ermənistanla strateji dialoqun səviyyəsini artıraraq Strateji
Tərəfdaşlıq Komissiyası yaratmaq niyyətindədir.
Nə baş verir? Suala cavab verməyə çalışaq.
İrəvanda Ararat Mirzoyanla, daha sonra Ermənistanın baş naziri
Nikol Paşinyanla görüşərək danışıqlar aparan O-Brayen ermənilərə
yaxşılıq etmək üçün onlara baş çəkən şəfqətli və həlim amerikalı
deyil.
O-Brayen ABŞ dövlət katibinin çox yüksək səlahiyyətlər məcmusuna
malik müavinidir. O, Birləşmiş Ştatların bölgəmizlə yanaşı, Mərkəzi
Asiyadakı siyasətinin müəyyənləşməsində aktiv iştirak edən
şəxsdir.
Cunqar dağlarından tutmuş, Egey dənizinədək olan nəhəng arealda
Vaşinqtonun yeni təsir və təzyiq sisteminin praktiki
formalaşmasının memarlarından biri məhz O-Brayendir.
Siyasətdə romantizm, mənəvi imperativlər və ya hisslərdən çox
uzaq, sümük iliyinədək praqmat olan Ceyms O-Brayen üçün İrəvanda
insan haqları və demokratiya barədə artıq çeynənmiş, klişeyə
çevrilmiş politesdən danışmaq bezdirici olsa da, o, işinin
öhdəsindən gəlib.
Ermənistanla strateji tərəfdaşlıq barədə anlaşma da ermənilərə
himayə və ya dəstək istəkləri ilə yox, Vaşinqtonun absolyut və
strateji zərurət saydığı məqamlarla bağlıdır.
Unutmayaq ki, hələ Uinston Çörçill demişdi: “Amerikalılar ilkin
olaraq bütün yanlış üsulları sınayıb bitirəndən sonra həmişə düzgün
qərar verirlər”.
O-Brayenin İrəvana səfəri əslində Ermənistanın əvvəlki
hakimiyyətləri dövründə başlayan, ABŞ-ın postsovet məkanında ən
böyük səfirliyinin Ermənistanda inşası ilə müşayiət olunan
siyasətinin davamıdır. Vaşinqtonun Ermənistanda əsas məqsədi
Rusiyanı Cənubi Qafqazdan sıxışddırıb çıxarmaq, regionu
amerikalıların geosiyasi gündəminə uyğun olaraq yenidən
formalaşdırmaqdır.
İmzalanmış anlaşma həm də Rusiya və Ermənistan arasında hərbi,
hərbi-texniki və müdafiə sahələrində əməkdaşlığı minimum səviyyəyə
endirmək, sonucda isə ümumiyyətlə dayandırmaq məqsədi daşıyır.
Perspektivdə Ermənistan ərazisində amerikalı hərbçilərinin
sayının artması, əlahiddə hərbi kontingentin formalaşması istisna
deyil. Söhbət ilk əvvəl İrəvandakı “Erebuni” aerodromunda ABŞ-ın
hərbi-hava bazası və elektron izləmə-casusluq əməliyyatları üçün
elektron kəşfiyyat mərkəzi yaratmaq istəyindən gədir.
Həmin mərkəz yaradılarsa təbii ki, əsas hədəfləri Rusiya və İran
olacaq.
Sadalanan məqamların reallaşması Cənubi Qafqazda gərginliyi
artırmaq və Rusiyaya qarşı ikinci cəbhə açmaq strategiyası
çərçivəsindədir.
Bu baxımdan, Bakı və İrəvan arasında yekun sülh müqaviləsinin
imzalanmasına yönəlmiş prosesi tam dəstəklməəsi barədə bəyanatlarla
Cənubi Qafqazdakı real məqsədləri arasında kəskin, uçurumu
xatırladaq fərqlər olan Vaşinqtonun əsas şədəfi Ermənistan tam
kontrolda saxlamaqdır.
Məhz həmin səbəbdən Vaşinqton ermənilərin sürətlə silahlanmaya
yönəlmiş militar ambisiyaları dəstəkləyir, erməni zabitləri və
xüsusilə də generalları ABŞ hərbi məktəbləri ilə akademiyaların
tədris prosesinə cəlb eğmək istəyir.
ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə saziş
imzalanandan sonra isə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İrəvanda
kəşfiyyat, habelə təhlükəsizlik strukturları üzərində “hami”lik
edəcək.
Sadaladığımız məqamlarla yanaşı, Birləşəmiş Ştatlar
Ermənistandan Rusiya ilə müttəfiqlik və strateji tərəfdaşlıq
münasibətilərinə “yenidən baxmağı” tələb edir, İrəvanın MDB
ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)
tərk edəcəyi təqdirdə yaranacaq problemlərin “həllində tam dəstək”
vəd edir.
Bütün bunlarla yanaşı, xatırladaq ki, Ceyms O-Brayen ABŞ
Konqresində məlum və bədnam dinləmələr zamanı aşkar ermənipərəst
mövqe tutaraq Azərbaycana qarşı marazmatik ittihamlarrla çıxış
etmişdi.
Ötən ilin lekabrınlda isə o, ABŞ və Azərbaycan arasındakı
münasibətlərin ifrat gərginləşdiyi zamanda Konqresdəki
bəyanatlarını sanki heç nə olmamış kimi təkzib etdi.
O-Brayen ötən ay Tbilisidə dəə rəsmi səfərdə olmuşdu. Gürcüstan
parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinin qəbulundan sonra O-Brayen ölkə rəhbərliyi iləə apardığı
danışıqlarda aşkar pressinqə əl ataraq ABŞ-ın Gürcüstandakı təsir
imkanlarının bərpasına çalışmışdı. O-Brayen həm də bəyan etmişdi
ki, sən demə, yeni qanun «Avropa İttifaqının müvafiq standartlarına
cavab vermir».
İndi, deyəsən, növbə Ermənistana çatıb.
Arxiyepiskop Baqratın və ya Vazgen Qalstanyanın başçılıq etdiyi
etiraz hərəkatı ABŞ Dövlət Departamenti üçün ciddi problem olmasa
da, Vaşinqton İrəvandakı hakimiyyət üçün indiki mürəkkəb dövrdə
Nikol Paşinyanı dəstəkləmək qərarına gəlib.
Ermənistan hakimiyyəti anlayır ki, vədlərə rəğmən, ölkəni
NATO-ya üzzv qəbul etməyəcəklər. Həmin səbəbdən rəsmi İrəvan NATO
ilə təhlükəsizlik anlaşması imzalayaraq ikitərəfli əlaqəəri inkişaf
etdirmək niyyətindədir. Nikol Paşinyan bununla bağlı hətta ABŞ-ın
dövlət katibi Entoni Blinkenə və Avropa İttifaqının Siyasi
Şurasının sədri Şarl Mişelə məktublar da ünvanlamışdı.
Ceyms O-Brayenin səfəri Cənubi Qafqazda vəziyyətin
sadələşəcəyindən və ya normallaşacağından yox, tam əksinə, daha da
ağırlaşacağından xəbər verir.
Qərb bölgəmizdə yeni oyuna başlayır.
Çox mürəkkəb və fəsadlı bir oyuna…





























