
Bakı. Trend:
Xalq Bank XalqKart sahiblərini sevindirəcək növbəti kampaniyaya
start verir.
10 iyuladək XalqKart sahibləri 5 kateqoriya üzrə alış-verişlərdə
5% keşbek/petrol əldə edəcəklər. Belə ki, kampaniya müddəti ərzində
XalqKart
Petrol kartı bütün kafe və restoran, kinoteatr, icarə
xidmətləri, hotel ödənişləri və aviabilet alışı, eləcə də gözəllik
salonlarında 5% petrol, XalqKart
Cashback kartı isə 5% keşbek qazandıracaq.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə
daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus
qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM
şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə
nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər
iki kartda olan digər üstünlüklər bunlardır:
– AZN qalığına illik 8% əlavə gəlir;
– ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız
köçürmə;
– aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
– onlayn sifariş və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana
bilər.
XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/
səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı
ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet
səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial
şəbəkə səhifələrindən əldə etmək olar.



























