Advertisement

Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmalar artıb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
özəlləşdirmə və icarə hesabına dövlət büdcəsinə 868,5 min manat
vəsait ödəyib.

Trend nazirliyə istinadən
xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə
çoxdur.

5 aylıq ödənişin 819,5 min manatı və yaxud 94,4 %-i
özəlləşdirmədən daxilolmaların, 49 min manatı və yaxud 5,6 %-i isə
icarədən daxilolmaların payına düşüb.

Hesabat dövründə bölgədə 55 icarə müqaviləsi bağlanılıb.
Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-i isə
torpaq sahələri üzrə olub.