
Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8-ci Türkiyə-İspaniya
Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün İspaniyaya
səfər edib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, görüş
çərçivəsində qlobal hadisələr, Türkiyə-İspaniya əlaqələri və
İsrailin Qəzzada hücumları müzakirə ediləcək.
Sammitdə ticarət, maliyyə, mədəniyyət və idman sahələrində də
bir çox müqavilələrin imzalanması planlaşdırılır.
Türkiyə və İspaniya iş adamlarının qatılacağı biznes forumun
açılışında Ərdoğanın da iştirakı gözlənilir.





























