
Bakı. Trend:
Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu
Santuşun müqaviləsinin müddəti bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti
Sərxan Hacıyev açıqlayıb.
O, bu gün təşkil olunan təqdimat mərasimində Santuşla “3+1”
illik müqavilə bağlandığını bildirib.
Hacıyev 70 yaşlı portuqaliyalının uğursuzluğa düçar olduğu Polşa
millisi və “Beşiktaş”dan kompensasiya almasına da münasibət
bildirib: “Səbəbləri bilmədiyimiz üçün qərar vermək düzgün olmaz.
Məşqçinin çalışdırdığı komandadan ayrılması normal haldır. Bizimlə
müqavilənin müddəti 3+1 illikdir. Burada yer alan təzminat və maddi
məsələlərlə bağlı bəndləri açıqlaya bilmərik. Bu da normaldır”.
Qeyd edək ki, AFFA tərəfindən Santuşun qarşısına AVRO-2028-in
seçmə mərhələsində uğurlu çıxış etmək vəzifəsi qoyulub.





























