
Bakı. Trend:
Azərbaycanda “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə
keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri
tədbirlər görüləcək.
Daqxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən
məlumata görə, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin
yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla,
iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti
ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə
tutulub.
Qeyd edilib ki, bütün məzunları əlamətdar gün münasibətilə
təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə
çağırırıq:
“Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan
övladlarına avtomobil verməsinlər.
Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları
tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün
dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər
barəsində tədbirlər görüləcək”.





























