Advertisement

Ermənistan parlamentində insident: Simonyan Ohanyanı parlamentin tribunasından qovub (VİDEO)

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalif
“Hayastan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri
Seyran Ohanyanı parlamentin tribunasından qovub.

Trend bu
barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Belə ki, hadisə Simonyanla müxalif deputat Geqaq Nazaryan
arasında mübahisə zamanı baş verib. Nazaryan iddia edib ki,
parlamentin xidməti girişindən yalnız hakim partiyanı təmsil edən
deputatlarının keçməsinə icazə verilib və onları girişdən
buraxmayıblar.

Simonyan buna cavab olaraq Nazaryanı “qeyri-adekvat” adlandırıb.
Seyran Ohanyan tribunaya qalxaraq Alen Simonyanı yalan danışmaqda
ittiham edib. Spiker isə Ohanyanın özünün yalan danışdığını
bildirib və onu tribunadan qovub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun